28 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqı (Aİ) Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, regional əməkdaşlıq və ATƏT üzrə icraçı direktoru Maykl Zibert arasında görüş keçirilib.
Bu barədə XİN-dən bildirilib.
Görüş zamanı, Azərbaycan-Aİ əməkdaşlığının müxtəlif aspektləri, Azərbaycan-Ermənistan normallaşması prosesi, enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində Aİ ilə əldə olunmuş razılıqlar üzrə əməkdaşlığın perspektivləri, habelə regionda baş verən proseslər üzrə fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyi üzrə səyləri, Ermənistan tərəfindən prosesə maneçilik cəhdləri, eləcə Üçtərəfli Bəyanatlar çərçivəsində öhdəliklərin kobud şəkildə pozulması, erməni silahlı birləşmələrinin hələ də ərazilərimizdən tam olaraq çıxarılmaması, Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə halları və mövcud mina təhdidləri barədə qarşı tərəfə ətrafı məlumat verib.
Görüşdə, tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Ceyhun Bayramov Zibertlə görüşdü
28
noyabr
17:24

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat