Bakıda küçələrdə gecələyən azyaşlı qız sığınacağa yerləşdirilib.
Lent.az xəbər verir ki, 10 yaşlı Məsumə bir müddətdir Suraxanı rayonu ərazisində küçədə gecələyib. Məlumata görə, onun anası ölüb, atasının isə kimliyini bilmir.
Anası öləndən sonra uşaq evlərindən birində qalıb. Həmin uşaq evi bağlandıqdan sonra isə 1 il ərzində küçələrdə ziibl yığan tanımadığı qadınla yaşayıb. O da öləndən sonra azyaşlı küçələrdə gecələməyə məcbur olub.
Azyaşlı qızcığaz Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. Tapılarkən onun baş və bədənində xəsarətlər də müəyyən edilib. Buna görə rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində araşdırma başlanıb.
Onu da qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsi ilə müxtəlif QHT-lər birgə əməkdaşlıq edirlər. Belə ki, onlar arasında “Whatsapp” qrupu yaradılıb. Həmin qrup vasitəsilə küçədə yaşayan uşaqlarla bağlı məlumat verilir və lazımi tədbirlər görülür.
Bakıda uşaq evi bağlandı, 10 yaşlı qız küçədə qaldı
02
dekabr
16:25

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər