Rusiya sülhməramlıları Azərbaycanın media nümayəndələrinin (İTV, "Real" TV) Xocalıya (Azərbaycan ərazisinə) keçməsinə, bununla da ölkə ərazisində peşə fəaliyyəti borcunu yerinə yetirməsinə maneə törədib.
Xocalıya yola düşən İctimai TV-nin əməkdaşı ilə sülhməramlılar arasında mübahisə düşüb.
Belə ki, sülhməramlılar azərbaycanlı jurnalistlərini Azərbaycan ərazilərinə buraxmayıb. Jurnalistlər onlara nə qədər izah etməyə çalışsa da, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan göstəriş almış hərbçilər onları Xocalıya buraxmaq istəməyib.




скачать dle 12.1