Dekabr 12-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüşüb.
Baş Prokurorluqdan verilən məlumata görə, öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Ulu öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Qonağı salamlayan Baş prokuror Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın qələbəsi və ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi zamanı prokurorluğun təşkil etdiyi brifinqlərdə iştirakına görə səfirə təşəkkürünü bildirib.
Hüquq mühafizə orqanlarımız arasında illərdir uğurla davam edən səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilərək cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, korrupsiyaya qarşı mübarizə va digər istiqamətlərdə birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Baş prokuror həmçinin ölkə rəhbərliyinin bilavasitə rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq bərpa işləri haqda səfiri məlumatlandırıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Rustam Soli ikitərəfli münasibətlərə toxunaraq təmsil etdiyi ölkənin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişaf etdiyini qeyd edib.
Görüşdə Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Tacikistana işgüzar səfəri ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Baş prokuror Tacikistan səfiri ilə görüşdü
12
dekabr
17:37

Qarabağ
KOMMENTLƏR
Baş prokuror İranın səfiri ilə görüşdü
Baş prokuror Koreyanın səfiri ilə görüşdü
Kamran Əliyev özbəkistanlı həmkarı ilə görüşdü - YENİLƏNİB
Baş prokuror Ankarada Heydər Əliyevin adını daşıyan parkı ziyarət etdi - YENİLƏNİB (FOTO)
Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilib - FOTO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat