Bakının Yasamal rayonu, Füzuli küçəsində yerləşən yeraltı keçidi su basıb. Oxu.Az-ın məlumatına görə, axşam saatlarından yağan yağış nəticəsində yeraltı keçidi su basıb və piyadaların hərəkətini tamamilə məhdudlaşdırıb. Qeyd edək ki, adıçəkilən yeraltı keçiddə uzun müddətdir analoji vəziyyət hökm sürür.