Aparıcı Könül Muxtarova “Lider” telekanalı ilə yollarını ayırıb.
Axşam.az-ın məlumatına görə, o, ötən gün ərizəsini yazaraq işdən çıxıb.
Buna səbəb isə telekanalın yeni mövsümdə heç bir layihəsinin olmamasıdır. Belə ki, “Lider TV” yalnız prodakşın verilişləri yayımlamağa başlayıb.
Xəbəri təsdiqləyən Könül bildirib ki, kanalda heç bir veriliş yoxdur:
“Oranın rəsmi işçisiyəm, prodakşınla çalışmağı düşünmürdüm. Kanalda iş getmir. Oranın ştatda olan işçilərinə heç bir layihə verilmir. Verilişin olmayacağını işçiyə ən gec iyun-iyulda demək lazım idi. Sentyabrda işçiyə deyirlər ki, kanalda layihə yoxdur”.
Bir neçə gün əvvəl sosial şəbəkədə yazdığı “Günlərdir yazmaq və demək istədiklərim boğazımda düyünlənib. Həyata davam etsəm də, əslində böyük boşluğun içindəyəm. İlk dəfədir möcüzə üçün bu qədər dua edirəm. Bilirəm yaşadığım heç nə boşuna deyildi və üzüm yenidən güləcək” sözləri ilə gündəmə gələn aparıcı ona da aydınlıq gətirib:
“Elə zəmanəyə gəlmişik ki, gündəlik əhvalımızı istər-istəməz sosial şəbəkədə hiss etdiririk. Bir neçə gün əvvəl gərgin və qorxulu günlər keçirdim, həmin sözləri də ona görə yazdım. indi hər şey geridə qaldı. Verdiyim qərarlar özümlə bağlıdır. Əminəm ki, bu qərarım digər mövsümlərdəkindən fərqlənəcək. Çünki burada söhbət tək telekanaldakı fəaliyyətimdən yox, özümdən də gedir”.
Könül “Lider”dən getdi
19
sentyabr
13:20

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat