"Bu həyatda özümü iki şeyə görə bağışlamayacağam: bir Oqtay Rəcəbov, bir də qardaşım İlyasa görə".


Bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində deyib. O, qardaşının yataq xəstəsi olduğunu söyləyib:

"İraqa çəkilişə gedəndə qardaşım yolda zəng vurdu ki, gəl, sənə sözüm var. Təyyarəyə gecikdiyim üçün qayıtmadım. Geri gələndə qardaşımın dili tutulmuşdu. Əlləri də tutmurdu ki, yazsın. Görəsən, mənə nə deyəcəkdi?

Bir də Oqtay Rəcəbov dəfələrlə məni bağa çağırdı ki, gəl. 4 aydır vaxt tapıb onun yanına gedə bilmədim. Özümü bunlara görə bağışlamayacağam".

скачать dle 12.1