Niderlandın Ədliyyə naziri Ferdinand Qrapperhaus koronavirusla bağlı tətbiq edilən qaydalara əməl etmədiyi üçün cərimələnib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, nazirin avqustun 22-də baş tutan özünün toy məclisində sosial məsafəni qorumadığı məlum olub.
Onu toydan yayılan fotolar ələ verib. Belə ki, sosial şəbəkələrdə yayılan və müzakirələrə səbəb olan şəkillərdə nazirin onlarla qonağın qatıldığı məclisdə sosial məsafəni gözləmədiyi aydın görünür.
Qeyd edək ki, ölkənin Baş Prokurorluğu qaydalara əməl etməyən nazirin 390 avro cərimələndiyini açıqlayıb.
Nazir toyda sosial məsafəni gözləmədi – Bu fotolara görə cərimələndi
20
sentyabr
13:40

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi