OLAY yazır ki, sənətçi bu barədə canlı yayımda danışaraq Azərin TikTok-da insanların çörəyinə bais olduğunu bildirib:
“Verilişin onundur, atılan jetonlar da ona qalmalıdır. Mən veriliş aparsam, efirdə apararam. Jeton qazanım deyə, TikTok-da veriliş aparmaram. Bu, istifadəçilikdir. 20 ilin aparıcısıdır, televiziya adamıdır, jeton yığacam deyə, TikTok-da veriliş açır. Ayıb deyil? Sən televiziya adamısan. Mən özümə sığışdırmaram. Düzdür, maraqlı edib, ancaq məqsəd bəllidir də nədir. Mən özümə yayımçı, tiktoker demirəm, özüm üçün burada vaxt keçirirəm. O bu dəqiqə bütün tiktokerlərin çörəyinə bais olur. Belə şeyi necə edəsən? TV adamıyam, gedim orada aparım da verilişimi. Təsəvvür edin ki, mən serial çəkirəm və onu ancaq TikTok-da yayımlayıram.

Bəs bunları da fikirləş də. Əl boyda uşaqların da çörəyinə bais olursan. Azərbaycanın TikTok-u ona işləyir, o biri yayımçılar adam deyil? Onunla dalaşmasaydım da, yenə eyni sözləri ona deyəcəkdim. Çünki insanın haqqına girmək olmaz. Allah gözünü doydursun. Başqaları neyləsin?”.
Qeyd edək ki, bir neçə dəfə qalmaqal yaşayan Azərlə Pərvin hazırda küsülüdürlər. Sonuncu dəfə Azər Pərvinin TikTok hesabını bağlatdırmışdı.

