Payızın gəlişi, adətən, yeni xəstəliklərin baş qaldırması ilə müşayiət olunur. Artıq bir neçə gündür ki, havalar qeyri-stabil keçir və bu insanların səhhətində də özünü göstərir.
Maraqlıdır, koronavirusun bitmədiyi bir vaxtda yeni xəstəliklərin ortaya çıxması hansı fəsadlar törədə bilər?
Məsələ ilə bağlı danşan terapevt Rasif Bağırov bildirib ki, yaz aylarında xəstələrin bədənində minerallara, vitaminlərə ehtiyac çox olur, bədəndə yenilənmə prosesi gedir, həmin yenilənmə prosesi səbəbilə müqavimətin aşağı düşməsi nəticəsində xroniki xəstəliklərin baş qaldırır:
“Xroniki xəstəliklər baş qaldırmasın deyə, adətən, xarici ölkələrdə insanlar bioaktiv əlavələr qəbul edirlər. Bizim ölkədə bioaktiv əlavələri biraz məhdudlaşdırıblar, icazə vermirlər ki, gətirilsin. İnsanlar da onu qəbul edə bilmədiyi üçün xəstəliklər müəyyən mənada aktivləşməyə başlayır. Aktivləşmə olmasın deyə insanlar heç olmasa, müəyyən vitaminlər qəbul etməlidirlər ki, bədəndə müqavimət qabiliyyətini yüksəltsinlər. Qeyd edim ki, xəstələrin bir çoxu öz xəstəliyini bilir. Məsələn, xərçəng, mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkənlər bu kateqoriyaya daxildir. Onlar öz dərmanlarını intensiv şəkildə qəbul edirlər ki, bədənləri müqavimətdən düşməsin”.
Həkim vurğulayıb ki, bədənin müqavimətinin itməsi məsələsində yaş mühüm rol oynayır:
“Məsələn, gənclərdə nə qədər xəstəlik olsa da, onlarda bədən müqaviməti tamamilə itmir. Başqa xəstəliyə müqavimət göstərmək üçün kifayət qədər potensialları olur. Amma yaşlı adamlarda narahatlıq biraz daha çox olur. Müqavimət itən zaman başqa xəstəliklər üzə çıxa bilir. Bunun qarşısını almaq üçün yaşlı adamlar uyğun gəlməyən vitamin qəbul edə bilməz, orqanizm onu tam həzm etməz. Çünki onlarda xroniki xəstəliklər var. Yaşlı adamda birdən-birə müqaviməti gücləndirəndə əksinə onun xroniki xəstəliyi güclənə bilir. Ona görə də onların müqavimətinin qaldırılması prosesi ancaq həkim nəzarətində həyata keçirilməlidir”.
Sayad HƏSƏNLİ
Azərbaycanı payızda gözləyən təhlükə - “İcazə vermirlər ki, gətirsinlər...”
21
sentyabr
16:51

Qarabağ
KOMMENTLƏR
Azərbaycanda COVİD peyvəndi ilk olaraq bu şəxslərə vurulacaq - AÇIQLAMA
Ramiz Mehdiyev maral buynuzu ilə bu xəstəliklərini aradan qaldırırmış - İDDİA
Bu insanlar xərçəng xəstəliyinə meyillidirlər
"Rayon sakinləri Bakıya nə vaxt buraxılacaq?" — AÇIQLAMA
Gəray Gəraybəyli: Azərbaycanda əhali arasında daha çox depressiya kimi psixi xəstəlik müşahidə edilir (ÖZƏL
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat