Son zamanlar uşaqlar və böyüklər arasında öskürək, ürəkbulanma, yüksək hərarət ilə müşahidə olunan virus yayılıb.
Kimisi bu virusu koronavirus, kimisi isə donuz qripinin bir növü hesab edir.
Maraqlıdır, görəsən bu virusdan necə qoruna bilərik?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlamasında bildirib ki, son zamanlar istər uşaqlar arasında, istərsə də böyüklər arasında yayılan virus infeksiyası kəskin respirator infeksiyalarıdır.
Onun sözlərinə görə, adətən payız və soyuq qış aylarında bu infeksiyalara yoluxma daha çox olur:
“Bu xəstəliklər boğaz ağrısı, asqırmaq, öskürmək, burun axması, baş ağrısı kimi əlamətlərlə özünü biruzə verir. Hazırki dövrdə bu infeksiyaların dalğa şəklində yüksəlməsini müşahidə edirik. Bu infeksiyalar müəyyən xroniki xəstəliyi olan, immuniteti zəif olan insanlar və azyaşlılar arasında müəyyən fəsadlara gətirib çıxarda bilər. Bu virusdan qorunma yolları demək olar ki, eynidir. İnsanlar maskadan istifadə etməli, ara məsafəsini qorumalı və gigiyenik qaydalara riayət etməlidir. Həmçinin düzgün qidalanmalı və fəsilə uyğun olaraq düzgün geyinməlidir”.
Azərbaycanda yeni virus yayıldı - İNFEKSİONİST AÇIQLADI
28
dekabr
12:26

Qarabağ
KOMMENTLƏR
Uşaqlar arasında YENİ VİRUS yayıldı: Məktəbdə yoluxurlar...
“Omikron”, yoxsa qrip? Son günlər geniş yayılan virusla bağlı AÇIQLAMA
Uşaqlar arasında yeni virus yayılıb - ƏLAMƏTLƏR
Uşaqlar arasında yeni virus yayılıb - ƏLAMƏTLƏR - VİDEO
Omikronun əlaməti açıqlandı - Ürəkbulanma və qarın ağrısı ilə başlaya bilər
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat