Bu kampaniya xüsusilə yay aylarında biletlərin bahalaşmasının qarşısını alacaq və tur paketlərinin ucuzlaşmasına səbəb olacaq.
Turizm üzrə ekspert Fərman Əliyev AZTV-yə bildirib ki, ucuz biletlərin satışa çıxarılması digər avia kompaniyalara da təsirsiz ötüşməyəcək: "Yay aylarında xüsusilə Türkiyə istiqamətinə 2023-cü ildə əlverişli qiymətlər olacaq. Bu kampaniyalar tez-tez keçirilərsə, tur paketlərin qiymətində də endirimlər olacaq".