“İlin sonunda ən çox müraciətlərdən biri limitlərin sıfırlanması ilə bağlıdır”.
Oxu.az xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” səhifəsindəki canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib.
“Smart-kart tipli sayğaclarda 2023-cü il limitindən istifadə 1 yanvar gecə saat 00:00-dan sonra mümkün olacaq. Söhbət ödəniş terminalında həyata keçirilən əməliyyatın vaxtından gedir. Bəziləri dekabrın 30-31-i karta vəsait yükləyirlər və yanvarın 1-i pulu sayğaca yükləyəndə limitin bərpa olunmadığını deyirlər. Bir daha bildirmək istəyirəm ki, smart-kart tipli sayğacda bunlar ödəniş etdiyiniz gündən hesablanır. Ona görə də yanvarda karta ödəniş edənlər artıq 2023-cü ilin limitindən istifadə edə biləcəklər. Mexaniki tipli sayğacların istifadəçiləri üçün isə maksimum çalışırıq ki, sayğacların oxunması yanvarın 7-də başa çatsın”, - deyə o əlavə edib.
Qaz limiti nə vaxt sıfırlanacaq? - Rəsmi açıqlama
28
dekabr
17:10

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat