“Soyuq ayların başlamasına baxmayaraq koronavirusa yoluxma sayında sıçrayışlı artımın olmaması arzu olunan haldır və epidemioloji durumun nəzarət altında olduğunu deməyə əsas verir”.
Bunu report-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, son dövrlərdə koronavirusa yeni yoluxma hallarının minimal rəqəmlərdə dalğalandığı müşahidə edilir: “Aktiv xəstə sayı da müəyyən intervalda artıb-azalır. Soyuq ayların başlamasına baxmayaraq yoluxma sayında sıçrayışlı artımın olmaması arzu olunan haldır və epidemioloji durumun nəzarət altında olduğunu deməyə əsas verir”.
“Əgər dövriyyəyə yeni, əldə olunmuş kütlə immunitetindən əhəmiyyətli dərəcədə yayına bilən mutant ştam daxil olmazsa, vəziyyətin bu cür davam edəcəyi qənaətinə gələ bilərik. Əhaliyə tövsiyəmiz bütün pandemiya dövründə olduğu kimi dəyişməz qalır”, - nazirlik rəsmisi söyləyib.
Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında nisbətən artım qeydə alınır. Aktiv xəstə sayı 500-ün üzərindədir.
Azərbaycanda COVID-19-la əlaqəli son epidemioloji durum AÇIQLANDI
29
dekabr
16:57

Qarabağ
KOMMENTLƏR
Azərbaycanda meymunçiçəyinə yoluxma faktı qeydə alınmayıb
Azərbaycanda oktyabr-dekabr aylarında epidemik alovlanmalar gözlənilir - RƏSMİ
İnfeksionist ölkəmizdəki epidemioloji vəziyyətdən DANIŞDI
Nazirlik rəsmisindən koronavirusla bağlı HƏYƏCAN TƏBİLİ
Payız aylarında yoluxma halları arta bilər - Baş infeksionist
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Prezident Samir Nuriyevi sədr təyin etdi
- Putin Ukraynanın hücumuna "cavab verəcəyini" vəd edib
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- "Lukoil"da kartla ödənişlərdə problem yarandı