“Məktəblərdə şagird və müəllimlər arasında koronavirusa yoluxma halları baş verib. Bu gözlənilən idi. Çünki qabaqlayıcı tədbirlər yox həddindədir. Bu gedişlə 2 həftə sonra tədris prosesi dayandırılacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə yazıb.
O, qeyd edib ki, bu gün Bakı şəhərində 30-dan çox məktəbin qarşısında monitorinq aparıb. Müəyyən edib ki, valideynlər məktəbə buraxılmır. Ekspert vurğulayıb ki, amma bu həll yolu deyil:
“1. Şagirdlər məktəbə eyni girişdən daxil olub, elə həmən girişdən də çıxmamalıdırlar. Dərslər növbəli olduğuna görə bir qrup dərsdən çıxanda o biri daxil olur və qapının ağzında sıxlıq yaranır. Məktəbin bir neçə çıxışı istifadə edilməlidir.
2. Məktəbin qarşısında valideynlərin sıxlığı yaranmaması üçün xüsusi işarələnmə olmalı və valideynlər ancaq xüsusi işarələnmiş yerlərdə dayanmalıdırlar.
3. Bilirəm, bu bir az çətin olacaq, amma yaşlı şəxslərin şagirdləri məktəbə gətirməsinə bir müddətlik məhdudiyyət qoyulmalıdır.
Mövcud vəziyyət davam etsə, 2 həftə sonra tədris prosesi yenidən dayanacaq”.
Qeyd edək ki, Təhsil Nazirliyi Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirildiyini açıqlamışdı. Həmçinin, 21 sentyabr 2020-ci il tarixinə olan məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməmişlər. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar.
“Belə davam etsə, tədris prosesi yenidən dayanacaq” - ekspert
22
sentyabr
12:08

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat