Təhsil Nazirliyinin açıqladığı rəqəmlərə görə, sentyabrın 22-də 10 şagirddə və yeddi nəfər işçi heyətdə koronavirus aşkarlanıb.
Bir neçə gündür ki, sosial şəbəkələrdə məktəblərin yenidən bağlanacağı ilə bağlı müxtəlif müzakirələr gedir.
Təhsil Nazirliyindən oxu.az-a bildirilib ki, əyani tədrisin dayandırılması “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” ilə tənzimlənir.
“Kütləvi xəstəlik şübhəsi hallarında hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumatlandırmaqla, təhsil müəssisəsinin və ya ayrı-ayrı siniflərin (qrupların) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilməlidir”, - deyə Nazirlikdən bildirilib.
Qeyd edək ki, yeni tədris ili başlayandan bu günədək 105 şagird və 33 nəfər işçi koronavirusa yoluxub.
Məktəblər bağlanacaq? - Rəsmi açıqlama
23
sentyabr
11:56

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat