Qafqaz-2020 hərbi təlimi çərçivəsində Qara dənizdə də atışlar icra edilib.

Axar.az xəbər verir ki, bölgədə rus donanmasına aid “İvanovets” və R-60 gəmilərindən “Moskit” tipli qanadlı raketlər buraxılıb. Təlim planına əsasən, gəmilərdən buraxılan raketlər hədəfləri dəqiqliklə vurub. Bundan başqa, gəmiləri hədəf alan S-24 qırıcılarının qarşısını S-30 tipli təyyarələr kəsib və onları “zərərsizləşdirib”.

Təlimlər zamanı Krasnodar bölgəsindən “Ball” və “Bastion” gəmi əleyhinə raket sistemləri də buraxılıb. Atılan raketlər gəmi hədəflərini məhv edib.
скачать dle 12.1