Energetik içkilərin tərkibindəki kofein təhlükəlidir, çünki o, “saf süni molekul” vəziyyətindədir.
Bu barədə rusiyalı diyetoloq Yelena Solomatina xəbərdarlıq edib.
Mütəxəssisin fikrincə, şəkər və karbon qazı ilə birlikdə belə “partlayıcı qarışıq” zəifləmiş bədənə kritik təsir göstərə bilər.
“Enerji içkilərinin tərkibində kofein, taurin, quarana və şəkər var. Bu içkilər qazlı olur. Enerji içkilərinin oyadıcı təsiri kofeindən qaynaqlanır”, - deyə Solomatina izah edib.
Həkimin sözlərinə görə, digər içkilərin tərkibində də kofein mövcuddur, ancaq bununla yanaşı bu maddələrin insan orqanizminə zərərli təsirini azaldan xüsusi qatqılar da olur.
“Qəhvədə kofein polifenollarla, yaşıl çayda isə taninlərlə birləşir. Orada başqa maddələr var ki, onun bu qədər tez mənimsənilməsinə imkan vermir, mənimsəmə mexanizmini çox yumşaldır”, - deyə həkim bildirib.
Onun sözlərinə görə enerji içkilərində isə kofein “çılpaqdır”, bu səbəbdən belə içki orqanizmdə “partlayıcı qarışıq” təsirini qoyur.
Dietoloq belə kimyəvi tərkibin tükənmiş orqanizmlər - emosional stress keçirənlər, kifayət qədər yatmayanlar, düzgün qidalanmayanlar və gündəlik rejimə əməl etməyənlər üçün xüsusilə kritik təsiri ola biləcəyini vurğulayıb.
Mənbə: Lenta.ru
Enerji içkilərindəki kofeinin əsas təhlükəsi bəlli oldu
11
yanvar
11:43

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat