Daha bir federasiyada struktur dəyişikliyi baş verib. Azərbaycan Kapoeyra Federasiyasının prezidenti Nahid Ağazadə tutduğu vəzifədən istefa verib. Onun yerinə ixtisasca klinik psixoloq olan Günel Muradova təyin olunub.
G.Muradova özü bu barədə Unikal.org-a açıqlama verib:
"Artıq bir müddətdir ki, AKF-nin rəhbəriyəm. 10 ildir ki, kouçinq və psixoterapiya sahəsində çalışıram. Kapoeyra federasiyasının idmançıları və üzvləri ilə yaxından tanışam. Çünki onlarla birlikdə bir çox layihələr üzərində çalışmışıq.
Nahid bəy də istefa verdikdən sonra qurumda iclas keçirildi və namizədlər irəli sürüldü. Bununla da prezident postuna mən və vitse-prezident postuna iş adamı Elmar Əhmədov seçildi".
Sabiq federasiya rəhbəri N.Ağazadə Unikal.org-a açıqlamasında bildirib ki, istefa etməsinə səbəb özünü kapoeyra sahəsində daha da inkişaf etdirməkdir: "Özümü, bildiyim sahəni inkişaf etdirmək üçün Avropaya gəldim. Mənə buradan iş təklifi gəldi və şərtlər də qane etdiyi üçün hazırda Estoniyadayam".
Federasiya prezidenti istefa verdi - Yerinə psixoloq gətirildi
23
sentyabr
15:18

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat