Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Özbəkistan daha bir şəhərinə reyslər yerinə yetirməyə başlayır.
"AZAL"dan verilən məlumata görə, yanvarın 28-dən etibarən “Azərbaycan Hava Yolları” Bakı-Ürgənc-Bakı marşrutu üzrə həftədə bir dəfə, şənbə günləri reyslərin yerinə yetirilməsinə başlamağı planlaşdırır.
Qeyd edək ki, Ürgənc AZAL marşrut şəbəkəsində Özbəkistanın dördüncü şəhəri olacaq. Aviaşirkət həmçinin Bakıdan Daşkəndə (bazar ertəsi, çərşənbə, şənbə və bazar günləri), Səmərqəndə (çərşənbə axşamı və cümə günləri) və Fərqanəyə (cümə axşamı) uçuşlar keçirir.
Uçuşların tam cədvəli ilə aviaşirkətin www.azal.az rəsmi saytında tanış olmaq mümkündür. Aviabiletləri “Azərbaycan Hava Yolları”nın saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Azərbaycana və Özbəkistana giriş qaydaları haqqında ətraflı məlumatı aviadaşıyıcının saytında, "Giriş qaydaları" bölməsindən əldə edə bilərsiniz.
Bakı aeroportundan daha bir şəhərə uçuşlar başlayır
14
yanvar
13:52

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat