OLAY yazır ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında paylaşıb. O, ad çəkmədən bəzi həmkarlarına söz atıb:
“Mən bəzi aparıcılar kimi instaqram səhifəsi işlədənləri bəh-bəhlə tərifləyib efirimə çağırmıram. Mənim verilişimə gələnlər peşəkar jurnalistlərdir. Və verilişim haqqında ölkənin ən sanballı xəbər saytları və instaqram səhifələri yazır.
Mən Xəzər TV-də veriliş aparanda sübut etdim ki, mənəm-mənəm deyən kanalların səhər verilişlərini reytinq və sponsor sayında kölgədə qoydum. Gülbahar xanımın (Əməkdar artist Gülbahar Şükürlü) mövzusuna gəldikdə isə mən heç kəsi yalvarım efirimə dəvət edib, ağladıb reytinq qazanmıram. Buna ehtiyacım yoxdur. Məndən Nüşabə Ələsgərli və Elgiz Əkbər zəng edib xahiş etdi. Məbləği də yığıb verdik”.
