Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri və Macarıstanla Azərbaycan arasında “Genişləndirilmiş strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə”nin imzalanması ikitərəfli münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə daxil olmasını şərtləndirdi.
Bu barədə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
E.Nəsirov qeyd edib ki, bu səfər çərçivəsində imzalanmış sənədlər, xüsusilə də “Genişləndirilmiş strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə” ilə Azərbaycanla Macarıstanın strateji tərəfdaşlıq münasibətləri daha da genişləndi və demək olar bütün sahələri əhatə etməyə hüquqi zəmin yaratdı. Bu sənədin imzalanması ilə Avropa İttifaqı və NATO üzvü olan Macarıstanla münasibətlərimiz tamamilə keyfiyyətcə yeni məzmun kəsb etməyə başlayacaq.
Hər iki dövlətin liderlərinin-həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm Macarıstan baş naziri Vktor Orbanın mətbuat üçün bəyanatlarında da qeyd olunduğu kimi bizim enerji sahəsində əlaqələrimiz çox sürətlə inkişaf edir: “Bu gün Azərbaycan Avropanın enerji ilə təminatında çox mühüm rol oyanyır. Rusiya-Ukrayna müharibəsi bu rolu daha da gücləndirmiş oldu. Azərbaycana Avropa İttifaqında yeni alternativ enerj mənbəyi kimi baxırlar. Azərbaycan Avropa İttifaqının hər bir dövləti üçün arzuolunan dövlətdir. Macarıstanla isə münasibətlərimizin tarixi kökləri var. Eyni zamanda hər iki dövləti liderlərinin dostluq əlaqələri bağlayır. Viktor Orban qeyd etdi ki, Azərbaycan Prezidentinin idarəçilik təcrübəsindən çox şey öyrənir.
Cənab Prezidentin vurğuladığı kimi, bizi Macarıstanla təkcə enerji sahəsində əməkdaşlıq birləşdirmir, digər sahələrdə əməkdaşlığımız mövcuddur və əməkdaşlığın yaxşı potensialı var. Bu gün hər iki dövlətin münasibətləri təkcə ikitərəfli formatla məhdudlaşmır. Beynəlxalq səviyyədə də biz bir-birimizin mövqeyini müdafiə edirik. Xüsusilə Türkd Dövlətləri Təşkilatları çərçivəsində Azərbaycan-Macarıstan münasibətləri sürətlə inkişaf edir”.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin və birinci vitse-Prezident Mehriban xanım Əliyevanın Macarıstan səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycana Avropa qitəsində böyük etimad var, böyük diqqət var. Azərbaycan Prezidenti İlham Əliyevi həm mahir diplomat kimi, həm də nəhəng dövlət xadimi kimi qiymətlədirirlər. Macarıstan səfərinin nöbəti dədə ortaya çıxardığı gerçəklik budur”.
“Prezident İlham Əliyevin Macarıstan səfərinin ortaya çıxardığı gerçəklik budur” - Deputat Elman Nəsirov
31
yanvar
17:18

Qarabağ
KOMMENTLƏR
Qırğızıstan Azərbaycanın strateji müttəfiqidir - Deputat
"Azərbaycan-İtaliya münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb" - Elman Nəsirov
Deputat: Avropa İttifaqı Azərbaycana yeni alternativ enerji mənbəyi kimi baxır
Deputat: “Avropa İttifaqına üzvlük Azərbaycanın gündəliyində yoxdur”
Deputat Azərbaycanla Rusiya arasında imzalanacaq sənəddən DANIŞDI: "Bu, yol xəritəsi hesab oluna bilər"
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat