“Ramiz Mehdiyev bütün işlərini Əli Həsənovun vasitəsilə görüb. Bu baxımdan onun Ramiz Mehdiyevdən çoxdan aralanması fikri yalnışdır”
Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev konkret.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, “Ramiz Mehdiyev işlərini Əli Həsənovun vasitəsilə görüb. Bu gün də görür. Ola bilər ki, faktiki aralanıblar. Bu gün Ramiz Mehdiyevin komandasında canlanma var. Əli Həsənov xaricdə oturub buranı da idarə edə bilir. İstədiyi fikirləri də çatdırır. O cümlədən Ramiz Mehdiyev. Akademiyada olan “ziyalılar” onun müdafiəsinə qalxıblar. Adil Əliyev haqqında olan-olmazın fikirlər səsləndirirlər. Çalışırlar ki, ona qarşı çıxan insanlara hücuma keçsinlər. Bunların hamısı adların çəkdiyimiz insanların birliyi əsasında olur. Onlar bu gündə bir-biri ilə əlaqədədirlər. Hətta medianın içində onların güclü əlaqələri var”.
Hafiz Hacıyev vurğulayıb ki, Əli Həsənov FETÖ ilə çox güclü işlərlə məşğul idilər: “Dövlətdə qarışıqlıq yaratmaq, ölkə başçısının əleyhinə işləmək kimi planların arxasında Ramiz Mehdiyev dayanır. O, əks hücuma keçmək istəyir. Ona görə də həmişə demişəm, nə qədər Ramiz Mehdiyev və digərləri azadlıqdadır, ölkədə sabitliyi pozmağa çalışacaqlar. Ramiz Mehdiyevin bacanağı “Pasportstol”un rəisi vəzifəsində işləyəndə bütün ermənilərin adını dəyişib, Azərbaycana yerləşdirib. Həmin ermənilər bu gün sosial şəbəkələr vasitəsilə ordumuz və dövlətimizin əleyhinə yalan, böhtan xarakterli yazılar yazırlar. Bunların arxasında Ramiz Mehdiyev dayanır. Bir ildir ki, AMEA-dadır. Amma bu günə kimi bir daşı daş üstə qoymayıb. Özünə “moyka” açdırır. Görünür, onun qohumlarına göndərdiyi pul qurtarır. Yenidən dövlətin ayırdığı pulları “moyka”ya və digər sahələrə xərcləyir. Bir ziyalını qəbul edib qayğısına qalmayıb. Bizdə olan məlumata görə, akademiya tabe olan institutun rektorlarını qəbul etməyib. Ramiz Mehdiyev və Əli Həsənov hazırda gizlin işlərlə məşğuldur”.
Ramiz Mehdiyev dövlətin ayırdığı pulları "moyka"ya və digər sahələrə xərcləyir - AÇIQLAMA
25
sentyabr
13:17

Qarabağ
KOMMENTLƏR
"Əli Həsənov son 5-6 ildə Prezident olmaq istəyirdi" - İŞ APARIRMIŞ...
"Əli Həsənovun oğlu, Ramiz Mehdiyevin tost deyən kürəkəni də təlimlərə getməlidir" — Partiya sədrindən ÇAĞIRIŞ
"Ramiz Mehdiyev təcili həbs edilsin!" - PARTİYA SƏDRİ
"Əli Həsənov Amerikaya uçur ki, Fətulla Gülənin yanında bir təsbeh çəksin" - AÇIQLAMA
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat