"Bu il fevralın 1-dən etibarən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin vergiyə yenidən cəlb olunmasından sonra kartlarda olan pullara verginin tətbiq olunub-olunmaması ilə bağlı çoxsaylı suallar ünvanlanır".
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azad olundu.
"Bu, məcəllənin 102.1.22-2 maddəsi ilə tənzimlənir. Göründüyü kimi, fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri azad olmalar siyahısında deyil. Həmin məcəllənin 123-cü maddəsində ödəmə mənbəyində faizlərdən vergi tutulması nəzərdə tutulur. Deməli, kartlarda olan vəsaitlər ilə bağlı iki hal mümkündür. Əgər, kartda olan vəsait gəlir gətirmirsə (məsələn, pulun saxlandığı debet və kredit plastik kartlar) o halda kartda olan pul vergiyə cəlb olunmur. Əgər kartda olan vəsaitə faiz hesablanırsa və kart sahibinə aylıq və ya illik gəlir gətirirsə, o halda həmin qazanc vergiyə cəlb olunacaq. Məsələn, kartda 5 min manat pul var. Həmin vəsaitə illik 7 faiz gəlir hesablanır və bu məbləğə 400 manat əlavə olunur. Bu halda kart sahibinin ödədiyi illik vergi 40 manat olur (400 manat X 10 %). Kartda olan əsas məbləğin vergiyə cəlb olunması nəzərdə tutulmur. Yalnız faizi gəliri vergiyə cəlb oluna bilər. Bir daha qeyd etmək istərdim ki, kartınız sizə faiz gəliri gətirmirsə, heç bir halda sizdən vergi ödəmək tələb oluna bilməz".
Kartlarda olan vəsaitlər vergiyə cəlb olunacaq? - AÇIQLAMA
03
fevral
17:59

Qarabağ
KOMMENTLƏR
- Zelenski daha müasir təyyarələrə ehtiyac olduğunu açıqladı
- ABŞ-də yük qatarı aşıb
- Messi 800-ə çatdı
- Ötən gün yol qəzalarında 2 nəfər ÖLÜB
- Azərbaycan nefti bahalaşdı
- DYP-dən "Qarabağ" - “Qalatasaray” oyunu ilə bağlı azarkeşlərə MÜRACİƏT
- İstanbulda yeddi mərtəbəli oteldə güclü yanğın: Ölənlər var
- ABŞ Dövlət Departamentindən Cənubi Qafqazla bağlı açıqlama
- Rihannanın evinə girən şəxs tutuldu
- Azərbaycan xaricdən ət alışını artırıb
- Dünyanın ən məşhur müğənnisi AÇIQLANDI
- Bakıda qadın bayram günü oğurluq etdi
- Moskvada kimya zavodu YANDI
- İsraildə hava hücumu sirenləri səsləndi
- Məşhur aktyor evində ölü tapıldı
- NATO Rusiya ilə sərhədlərə 300 minlik ordu yerləşdirə bilər
- “Borussiya” darmadağınla “Bavariya”nı geridə qoydu
- Gimnastlarımız beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıblar
- Aİ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
- Yayım günü dəyişdirildi
- Bakıda 23 yaşlı qadın 30 yaşlı ərinin qətlini təşkil edibmiş... - TƏFƏRRÜAT
- Ukrayna səfirindən Novruz TƏBRİKİ
- Azərbaycanda geniş pul kütləsi ARTIB
- Haluk Elizabet Mossla eyni serialda
- Moskvada kimya zavodu YANDI
- İsraildə hava hücumu sirenləri səsləndi
- Məşhur aktyor evində ölü tapıldı
- NATO Rusiya ilə sərhədlərə 300 minlik ordu yerləşdirə bilər
- “Borussiya” darmadağınla “Bavariya”nı geridə qoydu
- Gimnastlarımız beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıblar
- Aİ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
- Yayım günü dəyişdirildi
- Bakıda 23 yaşlı qadın 30 yaşlı ərinin qətlini təşkil edibmiş... - TƏFƏRRÜAT
- Azərbaycanda geniş pul kütləsi ARTIB