Yaxın vaxtlarda Azərbaycanda toyuq əti və yumurtanın qiymətində bahalaşma ola bilər.
Bu barədə Bizim.media-ya açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli deyib.
Onun sözlərinə görə, əgər quş yemi üçün qoyulan ƏDV götürülməzsə, gələn aylardan qiymətlərdə artım qaçılmaz olacaq:
“Quşçuluq fabriklərində yumurta və toyuq əti istehsalı kifayət qədər yüksəkdir. Hazırda süfrə yumurtası istehsalı 120-130 faizin üzərindədir. Toyuq əti istehsalı isə 88 faizə yaxın olur, ilin sonuna kimi rəqəm 100 faizi üstələyəcək. Xarici ölkələrdən Qətərə, Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə, Əfqanıstana, İraqa, İsrailə yumurta ixracımız var və yaxın günlərdə Belçikaya da ixrac olunacaq. Ət istehsalında da bir problem yoxdur. Hazırda yumurtanın qiyməti 16-17 qəpikdir”.
Mürvət Həsənli bildirib ki, keçən il ƏDV-nin qaldırılması qiymətin ucuzlaşmasına səbəb olub:
“Yanvarın 1-dən soya üçün ƏDV təkrar bərpa olunub. Ümid edirik ki, yaxın günlərdə ƏDV-nin təkrar ləğvi məsələsi öz həllini tapacaq. Bir kiloqram ətin maya dəyərinin 68-70 faizində yemin qiyməti rol oynayır. Təbii ki, yemin qiymətində bahalaşma olacaqsa, ətə də təsir edəcək”.
M.Həsənli bildirib ki, toyuq yemləri daha çox Rusiya, Ukrayna, Argentina, Braziliya, Qazaxıstan kimi ölkələrdən gətirilir. Müharibəyə görə Ukrayna və Rusiyadan yemlərin idxalında azalma var:
“Amma digər ölkələrdən idxal edə bilirik. Ötən il kifayət qədər yerli buğda və qarğıdalı istehsalı olub ki, bu da quşçulara kömək edib”.
Qeyd edək ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının 25 üzvü var və hamısı fəaliyyətdədir.
Xatırladaq ki, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edilmiş, Azərbaycana idxal edilən heyvan yemləri və əlavələri 15 faiz gömrük rüsumundan azad edilmişdi. Lakin sözügedən qərar ötən ilin 31 dekabr tarixinədək qüvvədə olub.
Assosiasiya sədri: “Toyuq əti və yumurta yenə bahalaşacaq”
03
fevral
18:01

Qarabağ
KOMMENTLƏR
- Zelenski daha müasir təyyarələrə ehtiyac olduğunu açıqladı
- ABŞ-də yük qatarı aşıb
- Messi 800-ə çatdı
- Ötən gün yol qəzalarında 2 nəfər ÖLÜB
- Azərbaycan nefti bahalaşdı
- DYP-dən "Qarabağ" - “Qalatasaray” oyunu ilə bağlı azarkeşlərə MÜRACİƏT
- İstanbulda yeddi mərtəbəli oteldə güclü yanğın: Ölənlər var
- ABŞ Dövlət Departamentindən Cənubi Qafqazla bağlı açıqlama
- Rihannanın evinə girən şəxs tutuldu
- Azərbaycan xaricdən ət alışını artırıb
- Dünyanın ən məşhur müğənnisi AÇIQLANDI
- Bakıda qadın bayram günü oğurluq etdi
- Moskvada kimya zavodu YANDI
- İsraildə hava hücumu sirenləri səsləndi
- Məşhur aktyor evində ölü tapıldı
- NATO Rusiya ilə sərhədlərə 300 minlik ordu yerləşdirə bilər
- “Borussiya” darmadağınla “Bavariya”nı geridə qoydu
- Gimnastlarımız beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıblar
- Aİ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
- Yayım günü dəyişdirildi
- Bakıda 23 yaşlı qadın 30 yaşlı ərinin qətlini təşkil edibmiş... - TƏFƏRRÜAT
- Ukrayna səfirindən Novruz TƏBRİKİ
- Azərbaycanda geniş pul kütləsi ARTIB
- Haluk Elizabet Mossla eyni serialda
- Moskvada kimya zavodu YANDI
- İsraildə hava hücumu sirenləri səsləndi
- Məşhur aktyor evində ölü tapıldı
- NATO Rusiya ilə sərhədlərə 300 minlik ordu yerləşdirə bilər
- “Borussiya” darmadağınla “Bavariya”nı geridə qoydu
- Gimnastlarımız beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıblar
- Aİ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
- Yayım günü dəyişdirildi
- Bakıda 23 yaşlı qadın 30 yaşlı ərinin qətlini təşkil edibmiş... - TƏFƏRRÜAT
- Azərbaycanda geniş pul kütləsi ARTIB