Uzun müddətdir ki, beyninə qan sızması nəticəsində ağır vəziyyətə düşən meyxanaçı Kərimdən xəbər var.
Meyxanaçı Ağamirzə həmkarı Kərimin vəziyyəti ilə bağlı danışıb.
Söz ustadı Kərimin vəziyyətinin heç də yaxşı olmadığını bildirib:
“Vəziyyəti yaxşıdır deyə bilməyəcəm. Elə dünən yanına getmişdim. Qaragün ayağa dura bilmir, ağrıyır. Yazıq elə əli ilə işarə edir ki, ağrıyıram, vallah, çox ağrıyıram”.
O, həmkarının çətinliklə danışdığını deyib:
“Çox çətinliklə danışır. Nə danışdığını başa düşmək də olmur. Gərək dəfələrlə nəyisə soruşasan, adını çəkəsən, qışqırasan sonra reaksiya verə. Soruşursan necəsən, baxır-baxır, sonra yenə gedir başı. Heç çox sözünü başa düşmürəm. Düzü, müalicə olunmur, dünən oğlu ilə söhbət etdim, deyir ki, ancaq sakitləşdirici, ağrıkəsici vurulur. Bir də şəkəri, təzyiqi qalxmasın deyə dərmanlar qəbul edir. Həkimi deyir ki, hələlik belə saxlayın. Sağ olsun, Heydər Əliyev Fondu da hər zaman köməkliyə hazırdır, amma həkimi deyir belə saxlayın. Gedirəm, görürəm, vallah, bilmirəm yaxşıdır deyim, ya pis… Dünən yarım saat yanında olduq, yazıq bəlkə də 10 dəfə dedi ki, “ağrıyıram, Ağamirzə, belim ağrıyır”. Yerindən tərpədə də bilmirlər, çünki tərpətsələr sonra ağrıdan fırlana bilmir”.
“Ağrıyıram, Ağamirzə, ağrıyıram...” Meyxanaçı Kərimdən XƏBƏR VAR
25
sentyabr
15:36

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat