“Səhər saat 08:00-da xidməti təhvil aldıq. Monitorlardan ərazini izlədiyimiz vaxt Saipa markalı maşının yaxınlaşdığını gördük”.
Bunu İrandakı səfirliyimizə terror hücumu zamanı yaralanan Vasif Tağıyev deyib.
O bildirib ki, əli silahlı bir nəfər polisə işarə göstərərək binaya silahla atəş açaraq daxil olub və cinayət hadisəsini törədib: “Polis ona heç bir reaksiya verməyib, yerində oturur. Məlumat üçün deyim ki, polis də orada tam silahlı olur”.
Vasif Tağıyev qeyd edib ki, səfirliyin binası həm də yaşayış binasıdır: “Orada 6 ailə yaşayır. Terrorçunun fikri hamını öldürmək idi. Çünki o tam hazırlıqlı gəlmişdi. İki dolu daraq, “Kalaşnikov” avtomatı, tapança, ağır alət, benzin doldurulmuş şüşələr. İlk atəşi Orxan Əsgərova açandan sonra mən onu tərksilah etmək istəyəndə 2-ci atəş mənim çiynimdən dəydi. Mən onu çölə atmaq istəyirdim. Onu tutduğum anda orada İran polisi ilə aramızdakı məsafə heç 10 metr yox idi. Qışqırırdım ki, polis kömək etsin. Həm fars, həm Azərbaycan dilində”.
"Terrorçunun fikri hamını öldürmək idi" - Vasif Tağıyev
06
fevral
15:57

Qarabağ
KOMMENTLƏR
"İran polisi hücumun qarşısını almaq üçün heç bir tədbir görməyib" - XİN
Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən Vasif əməliyyat olundu
Səfirliyimizə hücum zamanı yaralanan Vasifin ailəsi DANIŞDI
İrandakı səfirliyimizə hücum edən terrorçunun FOTOSU
Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanılıb
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Prezident Samir Nuriyevi sədr təyin etdi