Xidməti vəsiqədə əks olunan məlumatların xarakteri də nəzərə alınmaqla, habelə xidməti vəsiqənin təsviri ilə bağlı məsələlərə dəyişikliyin edilməsi zamanı operativliyin təmin edilməsi məqsədilə prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin təsdiq edilməsinin Azərbaycan Respublikasının Baş Prokurorunun qanunla həll etdiyi məsələlərin dairəsinə aid edilməsi təklif olunur.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Prokurorluq haqqında”
Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə eyni vaxtda təqdim edilmiş digər qanun layihəsinə əsasən Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanununun ləğv edilməsi də təklif edilir.
Qeyd edək ki, Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında Əsasnamə Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilib. Həmin Əsasnaməyə uyğun olaraq xidməti vəsiqə prokurorluq işçisinin şəxsiyyətini, xüsusi rütbəsini və tutduğu vəzifəni təsdiq edir, habelə Əsasnamədə prokurorluq işçisinin xidməti vəsiqəsinin təsviri müəyyən edilir.
Eyni zamanda Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorunun, onun müavinlərinin Naxçıvan Muxtar Respublikası prokurorunun xidməti vəsiqəsi istisna olmaqla, digər prokurorluq işçilərinin xidməti vəsiqəsi Azərbaycan Respublikasının Baş Prokuroru və ya Baş Prokurorun müavini tərəfindən imzalanır və müvafiq qaydada təqdim edilir. Prokurorluq işçisi prokurorluqdan xaric edildikdə isə xidməti vəsiqə onu təqdim edən orqana qaytarılır.
Beləliklə Əsasnamə ilə müəyyən edilir ki, prokurorluq işçisinin xidməti vəsiqəsinə rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə onun rəsmiləşdirilməsi Baş Prokurorun və ya onun müavininin səlahiyyətinə aid edilir.
Prokurorluq işçilərinə xidməti vəsiqənin verilməsi qanunla tənzimlənəcək
08
fevral
11:27

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat