"Hazırda ölkədə koronavirusa, mövsümi qripə və digər respirator virus infeksiyalarına yoluxma halları baş verir".
Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov son günlər ölkə ərazisində müşahidə edilən qrip infeksiyası ilə bağlı danışarkən deyib. 
Maraqlıdır, koronavirusa qarşı vuralan peyvənd hazırda yayılan virusa yoluxmanın qarşısını ala biləcək təsirə malikdirmi? Bəs, koronavirusa qarşı 3 dəfə peyvənd olunmuş şəxs yenidən qrip əleyhinə vaksin oluna bilərmi?
Onun sözlərinə görə, bu infeksiyaların oxşar gedişi, yoluxma və qorunma yolları vardır:
"Lakin tətbiq olunan peyvəndlər bilavasitə qripdən və ya yeni koronavirusdan qoruyur. Yəni qripə qarşı vaksin yalnız qripdən, həmçinin koronavirusa qarşı vaksin məhz koronavirusdan qorunmaq üçündür. Əgər şəxs buster doza da daxil olmaqla koronavirusa qarşı tam vaksinasiya olunubsa belə qrip virusuna qarşı müdafiəsizdir.
Buna görə də koronavirusa qarşı vaksin olunub-olunmamasından asılı olmayaraq qripin ağır gedişinin və fəsadlaşmasının risk qruplarına daxil olan şəxslər birinci növbədə qripə qarşı peyvənd olunmalıdırlar. Nəzərə alsaq ki, immun sistemində çatmazlıq olan şəxslər hər iki virusa eyni vaxtda və ya ardıcıl olaraq yoluxa bilər və belə halda xəstəliyin daha ağır keçməsi mümkündür ki, nəticələr daha ağır ola bilər. Ona görə də yaxşı olar ki, bu qrup insanlar hər iki infeksiyaya vaksinasiya olunsunlar".скачать dle 12.1