Azərbaycan Ermənistana qarşı 3 dövlətlərarası şikayət göndərib.
APA xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib.
Çingiz Əsgərovun sözlərinə görə, sözügedən şikayətlərin ikisi birləşdirilərək bir icraatda baxılır: “İlk əsas şikayət müharibədən dərhal sonra, 2021-ci ilin yanvar ayında göndərilib. 6 ay sonra isə minalarla bağlı şikayət göndərmişik. Növbəti şikayət isə 2022-ci ilin sonlarında Laçının Zabux və Sus kəndlərində ermənilər tərəfindən törədilmiş cinayət əməlləri ilə bağlı göndərilib. Sonuncu şikayətlə bağlı hələ ki, icraat başlamayıb. Lakin birinci şikayətlə bağlı icraat başlanılıb, tərəflərin mövqeləri artıq Avropa Məhkəməsinə bildirilib. Biz gözləyirik ki, Avropa Məhkəməsi bu il ərzində heç olmasa, bu şikayətin mümkünlüyü ilə bağlı qərar qəbul etsin və biz artıq mahiyyət üzrə öz dəlillərimizi təqdim edək”.
Azərbaycan Ermənistana qarşı 3 dövlətlərarası şikayət göndərib - RƏSMİ
13
fevral
13:28

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA