Novxanıdakı cah-cəlallı, milyonlarla qiyməti olan bağın sahibi Bəxtiyar Dalinin müsahibəsi sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.
Shownews.az xəbər verir ki, hadisəyə şou-biznesin məşhur siması olan müğənni Ayan Babakişiyeva da münasibət bildirib.
O, müsahibə verən şəxsi yalançı fiqur adlandırıb, bağın əsl sahibinin isə gizləndiyini bildirib:
“Mən bu adamda səmimilik görmədim. Bu bağ onun deyil. 100 faiz hansısa dövlət məmurunun bağıdır. Kimindirsə, sağlığına qismət. Bu adamı da fiqur kimi çıxardıblar ki, danış. Varlı, görmüş adam heç vaxt nə viskini, nə də qolunda, boğazında taxdıqlarını reklam etməz. Çünki varlı adam görmüş adamdır”.
Ayanın bu fikirləri ilə razılaşanlar çox olsa da, əksini düşünənlər də tapılıb.
Aktrisa Pərvin Abıyeva sözügedən məsələ ilə bağlı açıqlamasında həmin bağın illərdir Bəxtiyar müəllim tərəfindən tikildiyini bildirib. Hətta həmin bağda illər əvvəl serial çəkildiyini də əlavə edib:
“Təxminən 21 yaşım olardı. İlk dəfə serial çəkilirdi. “Oğurlanmış arzular” adlanırdı. O vaxt Bəxtiyar Dali özü razılıq vermişdi serial çəkilişinə. Çox mehriban və sadə insandır. Hər çəkilişdən sonra bütün çəkiliş heyətinə qonaqlıq verirdi. Həftədə 2-3 dəfə çəkilişlər olurdu. Hər çəkilişdə də ev sahibi olan Bəxtiyar müəllim özü də bağda olurdu.
Serialda əsas rolları Almaz Ələsgərli və Tural Əsədov canlandırırdı və serialda da ev sahibi kimi Almaz xanımla Tural idi”.
Bakıdakı milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi
26
sentyabr
16:14

Qarabağ
KOMMENTLƏR
“Oktyabrın 20-dən sonra toylar başlayacaq“ - Ədalət Şükürov
Sosial şəbəkədə hər kəsin danışdığı milyonluq sarayın sahibi tapıldı - VİDEO
Afaq Aslan niyə erməniylə eyni məclisə qatılıb? - AÇIQLAMA
Ramiz Mehdiyev yavaş-yavaş kapitulyasiya edir... - Daha bir bağını satışa çıxardı
Salvador Dalinin məşhur qravürası oğurlandı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat