İnsult keçirdiyinə görə uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Ağakərimin (Kərim Novruzov) vəziyyəti ağır olaraq qalır.
Onun sənət dostu Ağamirzənin Lent.az-a açıqlamasına görə, Ağakərimin səhhətində heç bir irəliləyiş yoxdur:
"Ağakərimin vəziyyəti necə var, elə də qalır. Hazırda evdədir. Yerimir, hərəkət etmir. Ancaq uzanır, əyləşə və ya ayaqüstə dayana bilmir. Çox çətinliklə söz deyir. Həkim deyir ki, şükür, vəziyyəti belə qalsa, yaxşıdır. Sənət yoldaşlarından yanına gedib-gələn çox azdır. Ağakərimin müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. Sağ olsunlar, nə lazım olsa, təmin edirlər. Allah Ağakərimə şəfa versin".
Qeyd edək ki, meyxanaçı Ağakərim 2017-ci ildə insult keçirib. O, insult keçirməzdən əvvəl beyninə qan sızdığına görə Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilmişdi. Ağakərim həm də yüksək qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkir.
Meyxanaçı Ağakərimin SON DURUMU
14
fevral
16:22

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat