“Bir dəfə sosial şəbəkədən istifadə edib utana-utana kömək istədim, sağ olsun bir xanım, oğluma isti geyim verdi, uşaq bütün qışı o isti geyimlə keçirtdi”. DİA.AZ-ın məlumatına görə, Bakının Səbail rayonu ərazisində - daha dəqiqi, Bayılda olduqca kasıb, ehtiyaclı bir ailə yaşayır. Ailənin kişisi xəstə olduğuna görə dolanışığı təmin edə, övladlarının təhsilinə kömək ola bilmir.
Ailənin xanımı Səbinə Nəbiyeva danışır ki, uzun illərdir həyat yoldaşı qırmızı qurd eşənəyi xəstəliyindən əziyyət çəkir.
“Üzündə, başında dərin yaralar əmələ gəlib, yaralar bütün bədəninə yayılmaqdadır. Əvvəllər hər dəfə müalicəyə 600-700 manat xərcləyirdik. Bu pulları isə borc-xərclə əldə edirdik. Xeyli borclanandan sonra daha borc üçün döyməyə də qapı qalmadı. Uzun müddətdir ki, müalicə davam etmir. Həkimlər bildirir ki, müalicələr davam etməsə, üzü xərçəng xəstəliyinə doğru gedir. Bu xəstəliyin orqanizmə başqa fəsadları da baş qaldırıb, onu yatağa salıb, nəticədə əmək fəaliyyəti ilə məşğul ola bilmir. Üstəlik, yoldaşım başındakı, üzündəki dərin yaralara görə küçəyə çıxmağa utanır”.
Səbinə Nəbiyevanın sözlərinə görə, həyat yoldaşının xəstəliyi əmək fəaliyyəti ilə məşğul olmasına imkan vermir, özü isə azyaşlı övladlarına baxdığına görə işləyə bilmir: “Özüm BDU-nun filologiya fakültəsini bitirmişəm, çalışıram ki, övlaadlarım da təhsil alsın. Böyük qızım ali məktəbə daxil olub, ancaq illik təhsil haqqı 2 min manatdır, bu məbləği ödəmək imkanımız olmadığına görə qızımın təhsil yarıda qala bilər, bu isə ona psixoloji travma yaşadacaq. Qızım indidən o günün acısı ilə yaşayır, içində bir qorxu, təlaş var. Nə edəcəyimi bilmirəm. Digər iki övladım da təhsil almağa həvəslidilər, ancaq nə geyimləri, nə də məktəb ləvazimatları var. Uşaqlar göz görə-görə imkansızlıqdan təhsilsiz böyüyür, bir valideyn olaraq bizə bundan böyük zərbə, bundan dərin faciə yoxdur”.
Ailəyə əvvəllər Səbinə Nəbiyevanın atası əl tuturmuş, ancaq indi o da pensiyasını ailə ilə bölüşdürə bilmir: “Atam əvvəllər çörəyimizə, suyumuza əl tuturdu. İndi o da, anam da xəstədir, atamın pensiyası heç öz dərmanlarına da çatmır. Bir dəfə sosial şəbəkədən istifadə edib utana-utana kömək istədim, sağ olsun bir xanım, oğluma isti geyim verdi, uşaq bütün qışı o isti geyimlə keçirtdi. Ancaq bu da müvəqqəti yardımdır. Bizə dövlətin sosial dəstəyi vacibdir. Yoldaşıma görə də çox narahatam, uşaqların vəziyyətini gördükcə özünə qapıılır, depresiyaya düşür, bu isə məni qorxudur. Üstəlik, müalicəsi davam etməsə, yaralar btün bədəninə yayılsa, durumu daha da ağırlaşacaq. Nə edəcəyimizi bilmirəm”.
Sahil Babayevin nəzər-diqqətinə... - GİLEY
26
oktyabr
12:11

Qarabağ
KOMMENTLƏR
Ağstafada icra hakimiyyəti nəyə lazımdır? - "Dəfələrlə şikayət etsəm də..."
"5 uşaqla acınacaqlı həyat yaşayırıq - Sahil Babayevin nəzərinə...
Lerikdə 9 nəfərlik ailə çadırda yaşamaq məcburiyyətində qalıb - Video
"Təkcə bir mağazaya 510 manat borcum var"
Ünvanlı sosial yardımın alınması qaydası dəyişir
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat