Azərbaycan Ordusunun şəhid olan hərbçisi Dmitri Solnsevlə vida mərasimi keçirilib.
Bakısəsi "report"a istinadən xəbər verir ki, o, İkinci Fəxri xiyabanda dəfn ediləcək.
Mərasimdə şəhidin bacısı oğlu Anar Süleymanov bildirib ki, dayısı sentyabrda könüllü şəkildə döyüşlərə gedib:
“Təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb. Magistraturanı qırmızı diplomla bitirib. Vətənpərvər insan idi. Hətta koronavirusla mübarizə dövründə TƏBİB-də könüllü kimi çalışırdı".
Şəhidin bacısı Yuliya Sonçeva isə bildirib ki, cəbhəyə getmək onun arzusu idi:
“Biz onunla fəxr edirik. Bizim baş ucalığımızdır. Hər zaman çox məsuliyyətli, gözəl insan idi".
Vida mərasimində Azərbaycan Dövlət Neft Sənaye Universitetinin Cihazqayırma Kafedrasının müdiri Lalə Bəkirova da çıxış edib:
"Allah bütün şəhidlərimizə rəhmət eləsin... Hər müəllim elə hesab edir ki, öz oğlu rəhmətə gedib. Bütün şəhidlərimiz bu torpağın azadlığı uğrunda canlarını fəda ediblər. Bizim borcumuzdur ki, onların adını yad edək. Ağır dərddir, lakin hər dəfə Prezident İlham Əliyevin xalqla bəyan etdiyi qələbə xəbərləri ürəyimizə su səpir. Şəhidlərimizin qanının yerdə qalmamağı bizim ürəyimizi ovudur".
Ordumuzun şəhidi Dmitri Solnsevlə vida mərasimi keçirildi
26
oktyabr
12:52

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat