Daxili işlər orqanlarının əməkdaşları arxa cəbhədə həm ölkə ərazisində elan edilən hərbi vəziyyət, həm də koronovirusla mübarizədə yorulmadan xidmətlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilir ki, bu istiqamətdə Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində infeksiyanın yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər görülür.
Belə ki, yol polisləri tərəfindən Sumqayıt şəhəri ərazisində ictimai nəqliyyata qoruyucu tibbi maskadan istifadə etməyərək daxil olan şərnişinlər və sürücülər müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilirlər. Həmçinin şöbə əməkdaşları tərəfindən Sumqayıt şəhər avtovağzalında və şəhərin çıxış nöqtələrində yaradılan mobil postlar vasitəsi ilə paytaxt istiqamətində hərəkət edən avtobuslarda sərnişinlərin karantin qaydalarına əməl edib-etmədiklərinə nəzarət olunur.
Qeyd edək ki, Sumqayıt avtovağzalında tibbi maskası olmayan sərnişinlərin avtobuslardan istifadə etməsinin qarşısı polislər tərəfindən qəti olaraq alınır.
Həmçinin ictimai nəqliyyatda yol polisləri tərəfindən insanlar arasında daim profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji normalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə də tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilir. Sumqayıt şəhərində karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.
Polis maskadan istifadəyə nəzarəti gücləndirib
26
oktyabr
23:37

Qarabağ
KOMMENTLƏR
Karantin qaydalarını pozaraq qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olundular
Maskadan istifadə etməyənlər CƏRİMƏLƏNDİ
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi
20 minə yaxın avtomobil postlardan geri qaytarılıb
Rayonlara giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat