Sürücülük vəsiqəsi olmadan ictimai nəqliyyat vasitəsi idarə edən şəxs həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallıda rayondaxili marşrut üzrə hərəkət edən “Mercedes-Benz” markalı mikroavtobusda sərnişindaşıma qaydaları pozulduğu üçün nəqliyyat vasitəsi Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Müəyyən olunub ki, həmin mikroavtobusla marşrut xətti üzrə sərnişin daşıyan Masallı rayon sakini Ramal Hüseynovun sürücülük vəsiqəsi yoxdur. Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə R.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinə əsasən 15 gün müddətində inzibati qaydada həbs edilib.
"Prava"sız mikroavtobus sürdü, həbs olundu
07
mart
10:57

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat