Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov vəzifəsindən azad edilib. Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Azər Muradov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Hələlik onun yerinə təyinat yoxdur.