"2023-cü ildə COVID-19 pandemiyasına son qoyulacaq və bu xəstəliyə görə beynəlxalq fövqəladə vəziyyət rejimi aradan qaldırılacaq". 
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib. 
"Əminəm ki, bu il COVID-19-un beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti və pandemiya kimi sona çatdığını söyləyə biləcəyik. İndi biz pandemiya zamanı həmişəkindən daha yaxşı vəziyyətdəyik", - ÜST direktoru açıqlayıb. скачать dle 12.1