İranda son sutka ərzində 415 nəfər koronavirusdan həyatını itirib. Bakısəsi xəbər verir ki, beləliklə, ölənlərin sayı 33 714-ə çatıb.

Yoluxanlar isə 6 824 nəfər artaraq 588 648-ə yüksəlib. Qeyd edək ki, 467 917 xəstə sağalıb. 87 017 nəfər isə hələ də virusla mübarizə aparır ki, onlardan 5 012 nəfərin vəziyyəti ağırdır.скачать dle 12.1