Zaqatalada küçə itlərinin güllələnib öldürülməsi ilə bağlı sosial şəbəkədə görüntülər yayılıb.
Rayon sakini Nərmin Ramazanova sosial şəbəkədə video paylaşaraq, itlərin öldürüldüyün iddia edib. O, hadisənin baş verdiyi ərazini həmin videoda lentə alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, martın 15-də “102” Xidməti-Zəng Mərkəzinə müraciət edən rayon sakini Nərmin Ramazanova Əliabad qəsəbəsi ərazisində itlərin öldürülməsi barədə məlumat verib:
"Polis əməkdaşları tərəfindən həmin yerə baxış keçirilən zaman qan izlərinə bənzər ləkələr aşkarlansa da, lakin it cəsədlərinə rast gəlinməyib. Hazırda daxil olmuş müraciət əsasında rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Kamera görüntülərinə gəlincə isə polis əməkdaşı tərəfindən deyil, obyekt sahibi tərəfindən onlara həmin görüntülərə baxılmasına, eləcə də köçürülməsinə icazə verilməyib. Bundan sonra N.Ramazanova orada ictimai asayişi pozmağa yönələn hərəkətlərə yol verdiyi üçün mağazanın işçisi, qadının əməlləri barədə polis şöbəsinə şikayət məzmunlu ərizə ilə müraciət edib. Həmin müraciət üzrə də araşdırmalar aparılır".
Zaqatalada itlər güllələnib? - Polis hərəkətə keçdi
17
mart
15:53

Qarabağ
KOMMENTLƏR
Zaqatalada itlərin zəhərləndirilərək öldürülməsi ilə bağlı araşdırma aparılır
Göyçayda kütləvi dava - 5 nəfər yaralandı
Göygöldə əxlaqsızlıq yuvası aşkarlandı - Saxlanılanlar var
16 yaşlı qızın toyunda iştirak edən polislə bağlı araşdırma başlanıldı
Heyvana qarşı törədilən işgəncə ilə faktı bağlı rəsmi açıqlama verilib
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat