Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti vətəndaşlara və əlaqədar təşkilatlara müraciət edərək sıx əməkdaşlığa dəvət edib.
Bu barədə Dövlət Xidmətindən bildirilib.
Qeyd edilir ki, zəngin tarixə malik ölkəmizdə yaşı min illəri ötən tarixi abidələr var. Xalqımızın tarixini, yaşam tərzini, dünya görüşünü, fəlsəfəsini özündə əks etdirən bu abidələrin qorunub gələcək nəsillərə çatdırılması günümüzün aktual məsələlərindəndir:
“Təəssüf ki, bəzən tarixi abidələrə müəyyən müdaxilə halları ilə qarşılaşırıq.
İstifadəsində və ya mülkiyyətində tarixi abidələr olan vətəndaşlarımızı abidələrimizin, eləcə də şəhərimizin estetik görünüşünün qorunmasına və gələcək nəsillərə tam şəkildə çatdırılmasına həssas yanaşmağa çağırırıq”.
Vətəndaşlardan və əlaqədar təşkilatlardan tarixi abidələrə hər hansı müdaxilə halları ilə qarşılaşdıqları zaman Mədəniyyət Nazirliyinin iş nömrələrinə, 147 qaynar xəttinə və rəsmi sosial media hesablarına dərhal məlumat vermələri xahiş olunur: “Tarixi abidələrin mühafizəsinə töhfə vermək istəyən hər bir şəxsi, o cümlədən mütəxəssisləri qarşılaşdıqları müdaxilə faktları ilə bağlı halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün birbaşa Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə sıx əməkdaşlıq etməyə dəvət edirik.
Bununla hər birimiz tarixi abidələrimizin keşiyində durmuş olarıq”.
Dövlət Xidmətindən vətəndaşlara və təşkilatlara MÜRACİƏT
22
mart
10:25

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər