"Küçədə yaşayıram, evim yoxdur. Kiçik qardaşım Amerikada yaşayır, ancaq mənə dəstək olmur".
Bu sözləri teleqraf.com-a açıqlamasında mərhum xalq artisti Siyavuş Aslanın səfil həyatı yaşayan oğlu Çingiz Aslan deyib:
"Atam o vaxt mənə demişdi ki, özünə gün ağla, heç kimə ümid olma. Düz deyirmiş. Onu da deyirdi ki, nə qədər ki, sağam, evdə otur, mən baxacam. Bizim evimiz vardı, qardaşım evi satdı. Onunla bir ildir ki, əlaqəmiz yoxdur. Deyir ki, maddi imkanı yoxdur. Amma imkanı olmayan adam Amerikaya necə gedib. Küçədə gecələyirəm. Hazırda heç kim yardım etmir".
Çingiz Aslan "Ailəniz xoşbəxt idi" sualına isə "Bəli, ilk əvəllər yaxşı idi. Sonra həyat yoldaşım ayrıldı və başqasıyla evləndi. Qızım ailə qurub və həyat yoldaşı ilə xaricdə yaşayır. Onun həyat yoldaşı diplomatdır. Bir-birini çox sevirlər. Həyat yoldaşı qızıma "Mercedes" markalı avtomobil alıb", - deyə cavab verib.
O, "Qızınız sizi axtarırımı" sualına isə belə cavab verib: "Qızımla əlaqə yoxdur. Bilmirəm ki, kimə müraciət edim. Həyat yoldaşım qızımı uşaqlıqdan aparıb. Bu işləri Xoşqədəm Hidayətqızı yaxşı bilir. Qızımı tapmaq üçün Xoşqədəm Hidayətqızına müraciət etsəm kömək edər".
Siyavuş Aslanın oğlu Xoşqədəmdən yardım istəyir
22
mart
13:06

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat