Artıq Ramazan ayı gəlib. Hər il olduğu kimi, bu il də insanların oruc tutmaq məsələsində bir sıra sualları yaranır. Belə suallardan biri isə Ramazan ayında oruc tutmaqla yanaşı, namaz qılmağın vacib olması məsələsidir. Bir qisim insan hesab edir ki, oruc tutan şəxs mütləq namaz qılmalıdır. Əks halda onun orucu qəbul olunmur.
Mövzu ilə bağlı ilahiyyatçı deputat Ceyhun Məmmədov saytımıza açıqlama verib: “Zaman-zaman ən çox müzakirə olunan mövzulardan biri də namaz qılmayan şəxsin oruc tutması ilə bağlıdır. İslam müsəlmanlara bütün ibadətləri yerinə yetirməyi tövsiyə edir. Bu baxımdan oruc tutan şəxsin namaz qılmaqla yanaşı, digər ibadətləri də yerinə yetirməsi daha doğrudur.
Ancaq namaz və oruc ayrı-ayrı ibadətlər olduğuna görə namaz qılmayan şəxsin oruc tutmasında heç bir problem yoxdur. Bəlkə də, bu il oruc tutan şəxs növbəti günlərdə namaz qılmağa da başlayacaq. Ona görə daha çox başqalarının deyil, özümüzün əməllərini təftiş edək. Allah bütün dua və ibadətləri qəbul etsin!” //yenisabah.az//
Namaz qılmayan şəxs oruc tuta bilərmi? - AÇIQLAMA
27
mart
14:20

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat