"Azərbaycanda COVID-19-la bağlı karantin qaydalarının əhəmiyyətli hissəsi yumşaldılıb və ya ləğv edilib. Bu baxımdan, ən çox müzakirə olunan məsələlərdən biri quru sərhədlərinin açılması ilə bağlıdır".
Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bilidirib ki, sərhədlərin açılması həm turizmin inkişafı, həm də vətəndaşlarımızın xaricə daha az xərclə və qısa zamanda getməsi üçün vacibdir.
"Artıq turizm mövsümü başlayıb. Quru sərhədlərinin açılması turizmin inkişafına dəstək olacaq. Turistlərin təxminən 70 faizi qonşu ölkələrdən gəlir. Xüsusilə, Gürcüstan vasitəsilə Azərbaycana gələn və gedənləri sayı çoxdur. Quru yollar vətəndaşlarımızın xaricə səfərləri baxımından əhəmiyyətlidir. Bu halda vətəndaşlarımızın qonşu Türkiyə və Gürcüstana səfər etməsini müşahidə edə bilərik. Bu da az xərclə səfər imkanları deməkdir".
Deputat qeyd edib ki, qonşu ölkələrdə epidemoloji vəziyyət nəzərə alınaraq quru sərhədlərinin mərhələli şəkildə açılması məqsədəuyğundur: "Birinci mərhələdə Türkiyə və Gürcüstanla quru sərhədlərinin açılmasına baxıla bilər. Hər iki ölkə Azərbaycan üçün strateji baxımdan vacibdir. Eyni zamanda həmin ölkələrdə yoluxma sayı aşağıdır və epidemoloji baxımdan quru sərhədlərinin açılması ciddi risk yaratmayacaq. Gürcüstan və Türkiyə ilə quru sərhədlərinin açılması yaxşı olardı".
Qeyd edək ki, mayın 1-dən quru sərhədlərinin açılacağı ilə bağlı xəbərlər yayılıb.
Quru sərhədləri mayın 1-də açılacaq?
31
mart
11:13

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat