Xoşbəxt evlilik və düzgün münasibət üçün partnyorun doğru insan olub-olmamasına əmin olunmalıdır. Həyatınıza girən biri ilə çətinlik çəkmədən, asanlıqla söhbət edə bilməlisiniz. Onunla vaxt keçirməkdən bezməməli, danışmaqdan zövq almalısınız.
Qarşınızdakının sizin üçün doğru insan olduğunu bilmək üçün özünüzü bir neçə sual verin.
Maraqlarınız oxşardırmı?
Nə qədər çox ortaq tərəfləriniz varsa, bir o qədər bir-birinizə tez uyğunlaşacaqsınız. Bu o demək deyil ki, bütün maraqlarınız, hobbiləriniz eyni olsun. Amerikalı psixoloq Sima Hinqorani məsələ ilə bağlı bu sözləri deyib:
"Həyatınızı kiminləsə keçirməyə qərar verdiyiniz zaman, ikinizin birlikdə nə etmək istərdiklərinə baxmalısınız. Məsələn, əgər siz kino həvəskarısınızsa, bu zaman filmlərdən zövq alan biri ilə birlikdə olmaq istərdiniz. Bu həyatınızı daha da maraqlı edəcək".
Standartlarınız uyğun gəlirmi?
Yaxşı həyat yoldaşı seçərkən həm özünüzün, həm də ailənizin standartlarını nəzərə almalısınız. Sizinlə eyni sosial təbəqədən və ya eyni ailə mədəniyyəti olan birini seçmək mümkün olmasa da, bu uyğunluğu nəzərə almaq vacibdir.
Bir-birinizə hörmət edirsiniz?
Sizə, arzularınıza, məqsədlərinizə və şəxsiyyətinizə hörmət etməyən biri ilə həyatınızı keçirə bilməzsiniz.
Etibarlı insandır, ona güvənirsinizmi?
Etibar edə biləcəyiniz birini seçmək son dərəcə vacib məqamdır. Bir-birinizə güvənməsəniz və ya inanmasanız, xoşbəxt bir evlilik ola bilməz.
Birlikdə yaxşı vaxt keçirirsiniz?
Birlikdə vaxt keçirməkdən zövq almaq eyni maraqlara sahib olmaq qədər vacibdir. Sizə kifayət qədər vaxt ayıran və vaxt keçirməkdən bezməyən biri ilə sevgili olmalısınız.
O, dəyişməyə açıqdırmı?
Fərqli mədəniyyətlərdən olan insanların evliliklərində diqqət etməli olan məqam onların bir-birindən nə qədər fərqli olduqları deyil, tərəflərin dəyişməyə açıq olub-olmamasıdır.
Bir tərəf “mən beləyəm, dəyişmərəm” deyirsə, qarşı tərəf çətin vəziyyətə düşür. Münasibətdə hər iki tərəf vərdişlərindən tam olmasa da, bir az ödün verə bilər. Bununla da ikili ortaq nöqtədə görüşərsə, mədəni fərqliliklər evliliyə təsir etməz.
Evliliklə bağlı özünüzə verməli olduğunuz digər suallar:
Özümü tanıyırammı?
Evlilik üçün özümü hazır hiss edirəm?
Bu insan evlilik üçün yetkin biridirmi?
Bu insan mənim yaxşı və pis günümdə yanımda olacaqmı?
Qarşılıqlı sevgi, hörmət və sədaqəti təmin edə biləcəyikmi?
Həyata fərqli tərəfdən baxıb ortaq bir məxrəcə gələ bilərikmi?
Sədaqətli həyat yoldaşı seçmək üçün özünüzə bu sualları verin
31
mart
16:04

Qarabağ
KOMMENTLƏR
Evdə pijama geyinmək sevgini öldürür - STİLİSTDƏN AÇIQLAMA
Özünüzə hörmət etmədiyinizi necə başa düşə bilərsiniz? – PSİXOLOQ AÇIQLADI
102 uşaq atasından yoldaşlarına qəribə xahiş: Bunu edin...
“Ərim həmişə yanımda olsun” - Van Dammın azərbaycanlı gəlini - FOTO
"Əri içib, ona şəkil atıb ki..." - Özünü binadan atan həkimin iş yoldaşları nələr danışdı?
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər