Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8 min 500 nəfər rəsmi qeydiyyatdadır. 
Bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə məlumat verib. 
Onun sözlərinə görə, 8500 nəfərin 30 faizi qadın, 70 faizi isə kişidir:
"Sonuncu statistikaya əsasən, mərkəzimizdə 8500 nəfər qeydiyyatdadır. 8 min 500 nəfərin 30 faizi qadın, 70 faizi isə kişidir. Haradasa, 37 faizi narkotik istifadəçiləridir ki, eyni iynədən istifadə edərək bu xəstəliyə yoluxublar. 
Bizim mərkəzdə qeydiyyatda olan xarici vətəndaşlar da var. Qeydiyyatda olan hər bir şəxsə tibbi xidmət verilir. Bütün müalicələr dövlət tərəfindən edilir. Onların aşkar olunma vaxtı xəstəliyin kliniki mərhələsindən asılı olaraq müalicə sxemi tətbiq olunur. Və buna “antivirus” əleyhinə müalicə deyilir. Xəstə ömrünün sonuna qədər bu müalicəni qəbul edir". скачать dle 12.1