Rus müxalifət lideri Aleksey Navalnı dünən sağalandan sonra ilk dəfə “Navalnı Live” YouTube kanalına çıxıb.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Almaniyanın “Deutsche Welle” televiziya kanalı yayıb.
Mənbə bildirir ki, o, efirə Almaniyadan qoşulub.
Navalnı həkimlərin hələ də tam sağalma müddəti barədə proqnoz vermədiyini qeyd edib.
“Məqsədim ən qısa müddətdə sağalmaq və Rusiyaya qayıtmaqdır. Ancaq eyni zamanda özümə gəlməliyəm, çünki elə bir vəziyyətdə olmalıyam ki, ikinci dəfə zəhərlənsəm, heç olmasa bir az şansım olar. Hazırda yəqin ki, buna dözə bilməzdim” deyib.
Aleksey Navalnı Rusiya Prezidenti Vladimir Putinin Qərb ölkələrinin Moskvaya bioomaterial verməməsi ilə bağlı sözlərinə və müxalifətçinin “Noviçok”dan zəhərləndiyini təsdiqləyən rəsmi nəticəyə də münasibət bildirib:
“Rusiya OPCW-ə (Kimyəvi Silahların Qadağan olunması Təşkilatı) üzv bir ölkə olaraq, bütün tibbi məlumatlara və dəlillərə sahibdir. Mənim Omskda qanım var, ordakı tibbi sənədlərim Rusiya səlahiyyətlilərinin tam sərəncamındadır”.
Xatırladaq ki, Aleksey Navalnı 20 avqustda zəhərlənib, Tomskdan Moskvaya uçan təyyarədə huşunu itirib. Təcili olaraq Omska endikdən sonra müxalifətçi xəstəxanaya yerləşdirilib və iki gün sonra müalicə üçün Berlinə aparılıb.
Bundesverin xüsusi laboratoriyasının mütəxəssisləri Berlinin “Charite” klinikasının istəyi ilə Navalnıdan götürülmüş nümunələrin toksikoloji analizini apararaq onda “Noviçok” qrupuna aid olan sinir iflicinin izlərini aşkar ediblər.
Navalnı sağalandan sonra ilk dəfə canlı efirə çıxdı: - "Məqsədim Rusiyaya qayıtmaqdır"
30
oktyabr
12:26

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat