“Bakıdakı 20 nömrəli orta məktəbdə baş verən kütləvi zəhərlənmənin səbəbi məlum olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, məktəbdə 10-a yaxın şagird quş əti tərkibli qida qəbul edib:
"Onlar mədə ağrısı şikayətləri ilə müraciət ediblər. Təcili tibbi yardım briqadası çağırılıb və zərurət olan şagirdlər müayinə üçün xəstəxanaya aparılıblar. Onların vəziyyəti kafi, normal olaraq qiymətləndirilir.
Bu qidalar məktəb bufetinin müvafiq şirkət ilə razılaşması əsasında hazırlanır. Həmin şirkətə də bu barədə məlumat verilib. Aidiyyəti qurumlar da məsələni araşdırırlar. Müvafiq qurumlara məlumat verilib və aidiyyəti üzrə nəzarət ediləcək”, - deyə B.Məmmədov qeyd edib
***
13:15
Bakıda orta məktəbdə kütləvi zəhərlənmə olub.
Hadisə Parlament prospekti 7/11 ünvanında yerləşən A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyində baş verib. 
Zəhərlənənlərin ibtidai sinif şagirdləri olduqları bildirilir.
скачать dle 12.1