Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası dəyişir.
Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yeri üzrə qeydə alınır.
Layihəyə əsasən, ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınacaq. Adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.
Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.
Adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı yenilik
07
aprel
13:49

Qarabağ
KOMMENTLƏR
Azərbaycanda nikaha dair prosedurlar dəyişir
Azərbaycanda övladlığa götürmək istəyənlərin NƏZƏRİNƏ! Qaydalar dəyişir
Şəxsiyyət vəsiqəsi üçün rüsumlar DƏYİŞİR
Azərbaycanda soyadı "ov" və "yev" sonluqları ilə bitənlərin NƏZƏRİNƏ - VİDEO
Binəqədi Rayon Qeydiyyat şöbəsində yoxlama başladı...- Şöbənin müdiri Tahirə Əsgərovanın həbsi gözlənilir...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat