Müğənni Rəqsanə İsmayılova illərdir qalmaqal yaşadığı, həbs olunan prodüser Təranə Səmədovanın övladlarını himayəsinə götürüb.
Yenisabah.az-ın əldə etdiyi məlumata görə, müğənni valideynlərdən etibarnamə almadan prodüserin qızlarını sığınacaqdan götürərək bağ evinə aparıb.
Məsələ ilə bağlı “Yeni Sabah”a danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bu faktı təsdiqləyib. O, bildirib ki, uşaqlar hazırda Rəqsanə İsmayılovanın yanındadır:
“Valideyn icazəsi ilə bağlı olan məsələyə aydınlıq gətirim. Valideyn hal-hazırda təcridxanadadır. İkincisi, uşaqlar dövlət qurumlarının iştirakı ilə sığınacağa təhvil verilib və uşağın istəyi ilə bir müddət - rəsmi qəyyum təyin olunanadək Rəqsanə İsmayılovanın yanında qalmasını bildirib. Biz bununla bağlı aidiyyatı qurumlara da məlumat vermişik”.
Onun sözlərinə görə, uşaqlar müğənninin yanında qaldığı müddətcə aidiyyatı orqanlar tərəfindən nəzarətdə saxlanılır və onların vəziyyəti ilə bağlı mütəmadi məlumat alınır:
“Uşaqlar Rəqsanə İsmayılovanın yanında qaldığı müddətdə Sosial Xidmətlər Agentliyi, Xətai Rayon İcra Hakimiyyəti, polis bölməsi hər biri uşaqların vəziyyəti ilə yerində gedib maraqlanıb, mən də getmişəm. Bu ziyarətdə iştirak edib uşaqların vəziyyətini qiymətləndirmişəm.
Ananın icazəsi olmadan dediyiniz məsələyə gəldikdə isə ana bu iki ay boyu gah dedi ki, övladlarım uşaq sığınacağında qalsın, gah dedi Rəqsanəyə etibarnamə verirəm. Bütün səlahiyyətlər qanuni nümayəndə olaraq Xətai Rayon İcra Hakimiyyəti yanındakı komissiyaya aid olduğuna görə, uşaqlar adıçəkilən qurumlar tərəfindən nəzarətdə saxlanılır”.
Xatırladaq ki, Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. O, 2017-ci ildə qadın alveri səbəbilə ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıb. Qeyd edək ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılmışdı.
Rəqsanədən gözlənilməz addım: Təranənin razılığı olmadan qızlarını aparıb... – Qalmaqal
11
aprel
11:52

Qarabağ
KOMMENTLƏR
Rəqsanə İsmayılovanın oğlu əməliyyat olunacaq - VİDEO
Müğənni Rəqsanə türkiyəli ifaçı Lineti oğlunun kiçik toyuna Bakıya gətizdirdi - Əri bahalı brilliant hədiyyə etdi -VİDEO
Rəqsanə əri ilə oğlunun yeni görüntülərini paylaşdı - VİDEO
Rəqsanə ilk dəfə oğlunu göstərdi - VİDEO
Rəqsanənin qızı Aysun nişanlandı - VİDEO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat